Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mynews.az-ın xəbərinə görə, məktubda deyilir:
“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz.
Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək.
Sizə möhkəm cansağlığı, Tanrının Sizə yardımçı olmasını və prezident kimi ali xidmətinizdə yeni-yeni uğurlar arzu edirəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub