Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə qızışır.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, parlamentin dünən keçirilən iclasında dava olub.
"Yelk" blokunun üzvü Nikol Paşinyan bildirib ki, o, polisə sorğu göndərib və məlum olub ki, yanvarın 1-dən fevralın 1-nə qədər 7000-dən çox vətəndaş öz qeydiyyat yerini dəyişib.
Onun sözlərinə görə, işəgötürənlər öz işçilərini qeydiyyat yerini dəyişməyə məcbur edir və beləliklə, hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salırlar.
Hakim Respublika Partiyasının deputatı Xosrov Arutyunyan isə müxalifəti tənqid edib və onları seçkiöncəsi rüşvət paylamaqda ittiham edib.
"Gedin Gümrüyə və soruşun ki, kim seçkiöncəsi rüşvət paylayıb, görəcəksiniz ki, bunu müxalifət edib", - deyə o bildirib.
Bu sözlərə əsəbləşən N.Paşinyan yerdən qışqıraraq cavab verib, beləliklə ara qarışıb, deputatlar bir-birini təhqir də edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub