Bolqarıstan prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.
Mynews.az-ın xəbərinə görə, prezidetin mətbuat xidmətinin yatdığı məlumatda deyilir ki, Rumen Radev dövlət başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Bolqarıstan prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub