Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.
Mynews.az-ın məlumatına görə, Report-un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mirəşelli kəndi məruz qalıb.
Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.
Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər, kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.
Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitlikdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub