Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır:
“Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”.
Qeyd edək ki, Ermənistan saytları erməni hərbçi 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub