ABŞ-ın açıqlamaları bizi tam qane etmədi.
Mynews.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNNtürk-ə müsahibəsində deyib.
“Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb”, - deyən Çavuşoğlunun sözlərinə görə, ABŞ İraqdan çəkilməklə daha böyük səhvə yol verib.
O bildirib ki, İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlıq davam edir:
“ABŞ Rəqqadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”.
Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir.
“Bizim burada opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Bu əməliyyat Rusiyanın oradakı müşahidəçilərinə təsir göstərməməlidir. Biz Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ da səmimi olmalıdır”, - M.Çavuşoğlu sözlərinə əlavə edib.
Bununla yanaşı, Soçi görüşünə də toxunan Çavuşoğlu bunları deyib:
“Soçidə terrorçu YPG masada olmayacaq. PKK, onun uzantısı olan YPG Türkiyədəki kürdlərin təmsilçisidirmi?
Terror təşkilatları küdlərin təmsilçisi ola bilərmi? Dünyaya da bunu anlatmağa çalışırıq. Siz, sadəcə, YPG-nin var olduğunu sanırsınız, amma onların mövqelərini heç qəbul etməyən kürd qrupları da var…”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub