Rusiya və ABŞ prezidentlərinin görüşünün hazırlıq prosesinə başlanılıb.
Görüş ərəfəsindəki siyasi durumu Mətbuat.az-a şərh edən siyasi ekspert Mübariz Əhmədoğlu bildirdi ki, hər şey ABŞ tərəfindən asılıdır:
“Rusiya tərəfi iki prezidentin görüşünü çoxdan elan edib. Ola bilər ki, yaxın tarixdə hansısa beynəlxalq tədbirlərin birində iki ölkə başçısının görüşü olsun. Belə bir vəziyyət mümkündür. Barak Obama ilə Putin arasında son görüşləri hamısı epizodik idi. ABŞ və Rusiya prezidentlərinin saatlarla vaxt ayırıb dünyada baş verən prosesləri, iki ölkə arasındakı münasibətləri müzakirə etməsi olmayıb. İndiki məqamda Tramp və Putin hansısa tədbirdə ayaqüstü görüşsə, Rusiya bunu prezidentlərin görüşü adlandıracaq”.
Siyasi ekspert iki dövlət başçının görüşünün Azərbaycana təsir məsələsinə də toxundu:
“Hazırda Azərbaycanın siyasəti Rusiya və ABŞ prezidentlərinin arasındakı gərginlik və yumşaqlıqdan asılı deyil. Barak Obamanın prezidentliyinin son dövrlərində ABŞ-Rusiya münasibətlərində Suriya məsələsi ilə bağlı gərginlik var idi. Elə aprel döyüşləri də Rusiya-ABŞ münasibətlərinin gərgin olduğu dövrə düşdü. Rusiya və ABŞ prezidentlərin görüşü Azərbaycana o qədər də təsir etməyəcək. Gərginlik olarsa, bu, erməni və digər qonşu dövlətləri çox ciddi şəkildə narahat edəcək”.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub