Ermənistan prezidenti Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Ermənistan prezidentinin iqamətgahında onlar arasında görüş keçirilib.
A.Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” korporasiyasının sahibidir.
Qeyd edək ki, Ermənistanın hazırkı lideri Serj Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Ermənistanda 7 il müddətinə hakimiyyətdə olacaq yeni prezident parlament tərəfindən seçiləcək. İlkin məlumatlara görə, prezident seçkiləri martın 2-də keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub