Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, baş nazirin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov iclasda qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, YAP-ın sədr müavini Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi qürur və sevinc hissləri yaradıb.
Qeyd edilib ki, YAP-ın sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında isə gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə də hesabat dinlənilib. Qeyd olunib ki, 2017-ci ildə YAP-ın gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub