Ermənistanın yeni prezidentinin də soyadı Sarkisyan olacaq: artıq Serj Sarkisyan bu postu tutmaq üçün ideal saydığı adamın kimliyini açıqlayıb, o, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, Ermənistanda təkcə dövlət başçısının soyadı dəyişməmiş qalımır, elə o özü də dəyişməyəcək.
O deyib ki, S. Sarkisyanın əsl xələfi A. Sarkisyan yox, elə S. Sarkisyandır:
“Xələfinin Sarkisyan soyadı daşıması, bəlkə, elə həm də buna eyhamdır. Bununla nə demək istəyirəm?! Sadəcə, onu bildirim ki, bu Armen Sarkisyan çox qorxaq adamdır. Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir kimi çalışıb. Ancaq o zaman Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan ona azca xox gələn kimi vəzifəsini qoyub getmişdi. Serjik Armeni məhz bu qorxaqlığına, onunla hakimiyyət davasına çıxmayacağına görə prezident kürsüsünə əyləşdirmək istəyir. Özü isə, çox güman ki, baş nazir olacaq. Və artıq prezident yox, baş nazir adı altında forpostbaşlığını davam etdirəcək.
Bu, az ağlabatandır, amma mümkündür ki, Serjik heç baş nazir də olmasın, parlamentə spikerlik etsin. Ancaq bütün hallarda parlamentdəki səs çoxluğunu əlində saxlayan partiyanın lideri kimi o, de-yure də olmasa, de-fakto forpostbaşılığında qalacaq. Bir daha vurğulayıram ki, bu adamın xələfi elə özüdür”.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub