Yazda Qarabağ zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər".
Mynews.az-ın verdiyi məlumata görə, bunu ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall bildirib.
Tomas de Vall bildirir ki, təmas xəttində son gərginlik tezliklə hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər.
Onun sözlərinə görə, əgər gərginlik daha da artsa Rusiya ən mühüm oyunçu olacaq. “Hazırda BMT-də, ATƏT-də tərəfləri yeni müharibə təhlükəsi barədə xəbərdar edirlər. Bununla belə, əgər tərəflər və ya onlardan biri müharibə istəyirsə o zaman onu çətinki dayandırmaq üçün nəsə əldən gəlsin”.
Xatırladaq ki, bənzər açıqlamanı o bir müddət öncə də verib. "Risk ondan ibarətdir ki, kiçik əməliyyat belə istər-istəməz ötən dəfəkindən daha ciddi nəyə isə çevrilə bilər. Azərbaycan hakimiyyəti ötən dəfəkindən daha böyük torpaqlarını azad etmək istəyəcək. Ermənilər isə ictimaiyyətin təzyiqi ilə üzləşəcək, qarşı tərəfin uğurlarını azaltmağa çalışacaqlar", deyə de Vall aprel döyüşlərindən danışarkən bildirmişdi.
mənbə: istipress
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub