Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.
Mynews.az xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu sessiyada iştirak edir.
AŞPA-nın qış sessiyası çərçivəsində Avstriya və Ermənistanın prezidentlərinin, eləcə də Danimarka baş nazirinin çıxışları gözlənilir.
Sessiya çərçivəsində AŞPA-nın yeni sədri və İnsan Hüquqları üzrə Komissarı seçiləcək.
Sessiyanın gündəliyinə futbolda və müasir idmanda yaxşı idarəçilik, Ukrayna müharibəsinin humanitar nəticələri, vətəndaşların baza gəlirləri, regional dillərin və azlıqların dillərinin müdafiəsi ilə bağlı məsələlərin, həmçinin Bosniya Herseqovinanın Avropa Şurasında öhdəliklərini yerinə yetirməsi ilə bağlı son monitorinqin nəticələrinin müzakirəsi daxildir.
Danimarkanın baş naziri ölkəsinin qarşıdan gələn 6 ay ərzində sədrlik edəcəyi qurumun Nazirlər Komitəsindəki fəaliyyət planını təqdim edəcək və müvafiq sualları cavablandıracaq. Sessiyada Avropa Şurasının baş katibinin və İnsan Hüquqları üzrə Komissarının illik hesabatları dinləniləcək.
Qış sessiyasının təcili debatlarına üç məsələ təqdim olunub. Bunlar “İsrail-Fələstin sülh prosesi və Avropanın rolu”, “Avropada artan antisemitizm”, “İslamofobiya və ksenofobiya” adlı mövzulardır.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub