Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Mynews.az report-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər münaqişənin həlli problemlərinə toxunub, o cümlədən Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə xüsusi diqqət ayırıblar.
"L.Bilman həmçinin Rusiya XİN-in müvafiq departamentlərində qəbul edilib, onunla Ukraynanın şərqindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib", - nazirliyin məlumatında deyilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub