Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri tr qış sessiyasında çıxışı zamanı deyib.
R.Hüseynov vurğulayıb ki, etnik azlıqlarla zəngin olan çoxmillətli ölkələr üçün bu məsələyə diqqət yetirmək olduqca vacibdir:
"Əsrlər boyu səksəndən çox etnik qrupun nümayəndəsi Azərbaycanda yaşayıb və ölkəmiz tarixən çoxmədəniyyətli mühitin hakim olduğu məkan olub. 30-dan çox milli azlıq və etnik qrupun təmsilçiləri ilə yanaşı, 40-dan çox başqa millət nümayəndəsi Azərbaycanın ərazisində birgə yaşayır. Onlar öz mədəniyyətlərini inkişaf etdirmək, radio və televiziyada öz dillərində yayımlanan proqramları izləmək, həmçinin dillərində kitab və jurnalları dərc etmək imkanına malikdirlər ".
O qeyd edib ki, hər bir dil, bu dili danışanların sayından asılı olmayaraq həmin dil daşıyıcılarına verilmiş ən yüksək zənginlikdir:
"Bu zənginliyi və müqəddəsliyi qorumaq, saxlamaq və inkişaf etdirmək hər bir insanın və dövlətin vəzifəsidir".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub