Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə diskussiyalarının həmsədri vəzifəsinin icraçısı Levent Bilmanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb.
Bu barədə Mynews.az Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə tərəflər münaqişələrin həlli problematikasına toxunub, başlıca olaraq, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə diskussiyalarına xüsusi diqqət ayrılıb.
“L.Bilman Rusiya XİN-nin digər aidiyyəti departamentlərində qəbul olunub, görüşlərdə Şərqi Ukraynadakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh və təhlükəsizliklə bağlı ümumi məsələlər müzakirə olunub, BMT-nin münaqişələrin qarşının alınmasında oynadığı rol vurğulanıb”, – deyə qurumun bəyanatında deyilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub