USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sarkisyan: Türkiyə Ermənistanla güc mövqeyindən danışa bilməz

20:25 24.01.2018
Sarkisyan: Türkiyə Ermənistanla güc mövqeyindən danışa bilməz
20:25 24.01.2018

Türkiyə ilə münasibətlərin normallaşması üçün birtərəfli güzəştlərə getmək erməni xalqı üçün təhqirə bərabərdir.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında çıxışından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı suala cavabında deyib.

“Biz Türkiyə tərəfinin bu addımla bağlı tələblərini anlamırıq. 2008-ci ildə yenidən prezident seçildikdən sonra mən türk-erməni münasibətlərinin ictimaiyyətə çatdırılması təşəbbüsü ilə çıxış etmişəm, Ermənistan və Türkiyə prezidentləri arasında görüş keçirilib”, - deyə Ermənistan prezidenti bildirilib.

Ermənistan lideri 2009-cu ildə İsveçrənin Sürix  şəhərində BMT Təhlükəsizlik şurasının daimi üzvlərinin xarici işlər nazirlərinin iştirakı ilə Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması haqqında iki sənəd imzalanıb.

“Sənədlərdə açıq şəkildə qeyd olunub ki, münasibətlər ilkin şərtsiz qurulmalıdır. Ancaq indiyə kimi Türkiyə tərəfi ilkin şərtləri irəli sürməyə davam edir. Beynəlxalq  təcrübədə biz belə presedentlə qarşılaşmamışıq. Bütün məsələlər üzrə danışıqlar sənədlər imzalanana qədər  aparılır. 9 ildir ki, Türkiyənin hər hansı addım atmağın vacib olduğunu deməsini eşidirik. Halbuki sənəddə göstərilib: əvvəl münasibətlər qurulur daha sonra isə iki ölkə arasında olan həssas məsələlər müzakirəyə çıxarılır”, - deyə Ermənistan lideri bildirib.

Serj Sarkisyan  Ermənistanın heç bir zaman hər hansı ilkin şərt qəbul etməyəcəyini vurğulayıb.

“Türkiyə - böyük potensialı olan güclü dövlətdir. Ancaq bu o demək deyil ki, Türkiyə Ermənistanla güc mövqeyindən, “ilkin şərt dilində” danışa bilər. Biz belə yanaşmanı qəbul etmirik”, – deyə Sarkisyan bildirib.

Serj Sarkisyan vurğulayıb ki, yaz aylarına kimi bu istiqamətdə hər hansı irəliləyiş olmasa, Ermənistan imzalanmış iki protokolu ləğv  edəcək. 

 “Türkiyənin regiondan zərif sabitliyin qorunması üçün belə mövqedən  və Azərbaycana dəstək siyasətindən vaz keçməsi arzuolunan və düzgün addım olar. Xatırlatmaq istəyirəm ki, 2016-ci ilin aprel ayında Türkiyə Azərbaycanın hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən yeganə ölkə olub”, - deyə Serj Sarkisyan bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 19 sentyabr 2017-ci ildə Nyu-Yorkda BMT baş qərargahında  keçirilən Baş Assambleyanın 72-ci sessiyasında iştirak edib. 2009-cu ildə Sürixdə imzalanmış protokollara toxunan Sarkisyan bunları qeyd edib:

“İndi əlavə izahat vermənin vaxtı çatıb.Türkiyə rəhbərliyi bu sənədləri daima girov saxlaya biləcəyini və yalnız onlar üçün əlverişli olan məqamda ratifikasiya edəcəyini düşünürsə yanılır. Protokollar üzrə danışıqlar indiki şəraitdə mövcud problemlərin həlli yollarını tapmaq məqsədilə aparılıb. Onların gerçəkləşdirilməsi istiqamətində  davamlı olaraq hər hansı müsbət irəliləyiş olmasa, Ermənistan bu iki protokolu etibarsız elan edəcək. Artıq 2018-ci ilin baharına,  təəssüflər olsun ki, bu səmərəsiz protokollar olmadan qədəm qoyacağıq”.


Xəbər lenti

300x200r