Milli Məclisin Gənclər və İdman komitəsi Milli Məclisin yaz sessiyası dövründə görəcəyi işləri açıqlayıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədriFuad Muradov komitənin bu gün keçirilən iclasında deyib ki, MM-in yaz sessiyası dövründə "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, "Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında" qanun hazırlanması nəzərdə tutulur.
Eyni zamanda, "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında" qanuna əlavələrin edilməsi, "Bədən tərbiyəsi və idman haqqında" qanuna əlavələrin edilməsi, Səhiyyə Komitəsi ilə birgə "Reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsinin hazırlanması və müzakirəsi, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına uyğun olaraq, normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub