Ermənilərin zirehli texnikasını hansı silahla məhv etdik? - VİDEO

1760
Ermənilərin zirehli texnikasını hansı silahla məhv etdik? - VİDEO

Bu gün Azərbaycan Müdafiə Nazirliyi fevralın 28-də Ermənistan silahlı qüvvələrinin öz mövqelərini möhkəmləndirmək üçün ön xəttə zirehli texnika çıxarmaq istədiyini bildirib. 

Mynews.az
 oxu.az-a istinadən xəbər verir ki, ordumuzun müvafiq bölmələri düşmənin zirehli texnikasını vaxtında müəyyənləşdirərək məhv edib. 

Ermənistan KİV-i qeyd edib ki, Azərbaycan vaxtında İsrail çoxfunksiyalı tank əleyhinə "Spike" raket komplekslərindən istifadə edib. Azərbaycan Müdafiə Nazirliyi erməni zirehli texnikasının nə ilə məhv edildiyini dəqiqləşdirməsə də, "Spike" raket kompleksinin tətbiq edildiyini ehtimal etmək mümkündür. 

Mövzunun aktuallığını nəzərə alaraq sizə "Spike" raket kompleksinin texniki xarakteristikasını təqdim edirik. Qeyd edək ki, bu sistemlər Azərbaycan ordusunun arsenalındadır və 2013-cü ildə Bakıda paradda təqdim edilib.

"Spayk" - İsrail istehsalı çoxfunksiyalı tank əleyhinə raket kompleksidir. "Rafael" firması tərəfindən hazırlanıb. "Spike" müstəqil nişanalma prinsipini istifadə edir, raketin uçuşunu idarəetmə və raketin buraxılmasından sonra hədəfin vurulması imkanlarına dair məlumatların operatora ötürülməsi rejimi realizə edilib, bu isə onun döyüş tətbiqi imkanlarını genişləndirmiş olur.

"Spike" kompleksi 12 kq çəkiyə malikdir, raketin öz çəkisi 4 kq-dır. İdarə edilən raket baş hissəsi qalınlaşdırılmış olan xarakterik formaya malik silindrvari korpusa malikdir. Korpusun orta hissəsində X-şəkilli qatlanan qanadlar var, onların arxasında dörd sükan yerləşir. 

Səthdə olan hissələrin hamısı nəql edilmə vəziyyətində qatlanır. "Spike" raketi düzbucaqlı nəqliyyat-buraxılış konteynerində daşınır, konteynerin üzərində idarə pultunun bərkidilməsi üçün yer var. 

Atış məsafəsi 50/200/400 - 1 300/2 500/4 000/8 000/25 000 m.

Diametr: 75-170 mm
Ermənilərin zirehli texnikasını hansı silahla məhv etdik? - VİDEO

Raketin kütləsi: 4/9.8/13-14/34/70 kq

Döyüş hissəsi: Tandem kumulyativ 3 kq. 

Trayektoriyada orta sürət: 130-180 m/s

Xəbər lenti