Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə məktub göndərib.
Mynews.az-ın məlumatına görə, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.
Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulub. Qırğızıstanla Azərbaycan regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub