Rusiyanın İrkutsk şəhərində ermənilərin restoranına silahlı basqın edilib.
Hücum edənlər İnquşetiya respublikasının vətəndaşları olub. Restoran sahibinin sözlərinə görə, hücuma səbəb bir neçə inquşun restorana buraxılmaması olub. Restoranın işçisi Qarik Aqaranyan restorana sərxoş gələn şəxsləri içəri buraxmayıb. Bir müddət sonra isə 40 nəfər şəxs restorana basqın edib. Baş verən kütləvi davada 28 yaşlı Qarik Aqaranyan aldığı güllə yarasından həlak olub.
Restoran sahibi Roman Aqqoranyan əvvəlcə restorana terrorçuların hücum etdiyini zənn edib.
"Qəflətən içəri 40 nəfərlik dəstə daxil oldu. Onlar "Allahu Əkbər! Hər kəsi öldürün",- deyə bizə hücum çəkdilər. Onlar inquşlar idi".
Dava şahidlərinin sözlərinə görə, əlində silah olan şəxslərdən biri əvvəlcə mühafizəçiyə atəş açıb. Daha sonra isə digər əməkdaşları nişan almağa başlayıb. Restoranın qonaqları stolların altında, ayaq yolunda gizlənməyə məcbur olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub