USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qarabağda erməni əsgərləri öldürüldü

21:37 01.03.2017
Qarabağda erməni əsgərləri öldürüldü
21:37 01.03.2017
Martın 1-də, saat təxminən 16.50-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinin müdafiə sahəsində müqavilə ilə xidmət edən əsgər-37 yaşlı Nver Babacanyan ölümcül qəlpə yarası alıb.
 
Bu barərdə Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşməsi məlumat yayıb. Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.
 
2 ay əvvəl öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnmiş Qurqen Sarkisyan da həlak olub. Qurgen Sarkisyan 16 yanvarda başından yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün – martın 1-də əsgər saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.

 


Xəbər lenti