Milli Məclisin (MM) sədri Oqtay Əsədova Qazaxıstan Respublikasının “Şərəf” ordeni təqdim edilib. Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə bu ordenlə təltif olunub.
Mynews.az xəbər verir ki, orden fevralın 2-də Oqtay Əsədova Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. MM-nin sədri ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə növbəti səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan Nurlan Niqmatulin bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub