Demokrat partiyasının senatorları Çek Şumer və Ben Kardin gələn həftə ABŞ-ın yeni prezidenti Donald Trampa Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına mane olacaq qanun layihəsini təqdim edəcəklər. Mynews.az SİA-ya istinadən xəbər verir ki, bu haqda ABC News qeyd edib.
Şumer deyib ki, demokratların təşəbbüslərini bir çox senatorlar dəstəkləyir. Hətta dəstək verənlər arasında Con Makkeyn və Lindsi Grem də daxil olmaqla respublikaçı senatorlar da var.
“Sanksiyaları aradan qaldırarsaq biz Rusiyaya bu cür demiş olarıq: “Buyurun, bizim seçkilərə qarışın və istədiyiniz pis işlərlə məşğul olun”. Bu kimi sözlər Çin və İrana da aiddir. Bu, çox qorxunc ola bilər”-deyə Şumer bildirib.
Bununla bağlı o deyib ki, sanksiyaların dəyişdirilməsi, yaxud yumşaldılması üçün konqresmenlərin razılığı lazımdır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub