"Həlli uzanmış münaqişələrin nizamlanması üçün beynəlxalq oyunçular arasında sıx əməkdaşlığın davam etdirilməsi zəruridir".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli Nyu Yorkda BMT-nin yüksək vəzifəli rəsmiləri ilə görüşündə deyib.
G.Sereteli və ATƏT PA-nın baş katibi Roberto Montella Nyu Yorkda BMT Baş Assambleyasının sədri Miroslav Layçak, baş katibin müavini Vladimir Voronkovvə digər rəsmilərlə bir sıra görüşlər keçiriblər.
Tərəflər uzun müddət davam edən münaqişələr, o cümlədən Cənubi Qafqazda həlli uzanmış münaqişələr, habelə humanitar problemlər, miqrasiya və terrorizm məsələlərinə xüsusi diqqət yetiriblər.
G.Sereteli bildirib ki, ATƏT və BMT bir çox sahələrdə tərəfdaşdır: "Hamımızın daha çox sülh, təhlükəsizlik və inkişaf üçün çalışdığımız bir vaxtda bir-birimizin güclü tərəflərindən faydalanmaq çox vacibdir. ATƏT parlamentariləri terrorizmlə mübarizə və miqrasiya problemi ilə bağlı davamlı həll yolları tapmaq və həll edilməmiş münaqişələrin nizamlanması kimi məsələlərdə işləri davam etdirdiyi vaxtda, BMT ilə də bütün bu sahələrdə mükəmməl bir iş qura biləcəyimizə əminəm".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub