Britaniya Parlamentinin Lordlar palatası ölkə hökumətinin Avropa İttifaqı vətəndaşlarına “Brexit”dən sonra ölkədə qalma hüququna zəmanət verməsini tələb edib.
Mynews.az bu barədə BBC-yə istinadən xəbər verir.
“Brexit” qanun layihəsinin müzakirəsi zamanı Lordlar palatasının 358 üzvü, Avropa İttifaqı vətəndaşlarının Britaniyada yaşama və işləmək imkanı verən müddəanın əlavə edilməsinə səs verib.
Bunun əleyhinə 256 palata üzvü çıxış edib. Nəticədə təşəbbüs qəbul edilib və hazırda qanun layihəsi İcmalar palatasına baxılmaq üçün göndərilib.
Britaniya mətbuatı qeyd edir ki, Lordlar palatasının qərarı – Tereza Meyin hökumətinin “Brexit” yolunda ilk böyük məğlubiyyətidir. Daha öncə o, sənədi düzəlişlərsiz qəbul etməyə çağırırdı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub