Ermənistan parlamentinin iclası baş tutmayıb.
Mynews.az -ın APA-ya istinadən verdiyi məlumata görə, iclas yetərsay olmadığından keçirilməyib.
Məlumata görə, iclasın keçirilməsi üçün ən azı 66 millət vəkilinin iştirakı tələb olunsa da, cəmi 39 deputat qeydiyyatdan keçib.
Parlament sədrinin müavini Eduard Şarmazanov bildirib ki, saat 15:00-dək lazımi sayda deputat qeydiyyatdan keçməsə, reqlamentə uyğun olaraq yeni parlament seçkilərinə dair təşviqat kampaniyasına start veriləcək: “Mən istərdim ki, mayın 31-dək parlament hazırkı tərkibdə iclaslar keçirsin. Amma vəziyyət belədir ki, kvorum yoxdur. Biz mövcud reallığı qəbul etməliyik”.
Qeyd edək ki, parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına martın 5-də start veriləcək.
Ermənistanda parlament seçkiləri aprelin 2-nə təyin olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub