Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin qərbində PYD/PKK-ya məxsus təlim düşərgəsini ələ keçirib.
Mynews.az xəbər verir ki, regiondan əldə olunan məlumata görə, terror təşkilatı burada 35 nəfərlik qruplara təlim keçirmiş. PYD düşərgəsində PKK üzvü terrorçularla yanaşı İŞİD silahlılarına və zorla hərbi xidmətə cəlb olunmuş uşaqlara da təlim keçilib.
Düşərgədə yataqxana, yeməkxana, duş, idman zalı, hava bombardmanından qorunmaq üçün tunellər və bunkerlər aşkarlanıb. PKK-nın simvolik lideri Abdulla Öcalanın portreti və bayrağı türk əsgərləri tərəfindən çıxarılaraq atılıb.Avropa.info
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub