Prezident İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilir:
"Siyasi baxımdan da bu qərar yerində verilmiçş cəhətdən baxdıqda da belə hesab etmək olar ki, bu, ən optimal variantdır. Çünki bu il ölkədə çox ciddi yubileylər ilidir. Belə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi, Heydər Əliyevin 95 illik yubileyi və digər mühüm tarixi hadisələr qeyd olunacaq. Belə yubileylər ilində prezident seçkilərinin növbədənkənar keçirilməsi daha optimal görünür".
T.Kərimli bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitlik var, iqtisadiyyat inkişaf edir:
"Buna görə də prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi məqsədəuyğundur. Seçkilərdə dövlət başçısı İlham Əliyevin qalib gəlmək şansı daha çoxdur. Buna heç kim də şübhə etmir".
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub