Xəbər verdiyimiz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, seçkilərdə iştirak edəcək daha bir namizədin adı bəlli olub.
Söhbət AXCP-nin sədri Razi Nurullayevdən gedir.
Bu barədə Nurullayevin özü “facebook” hesabında məlumat verib:
“Ali Məclisin iclasını keçirtdik və mühüm qərarlar qəbul etdik. Partiya seçkidə iştiraka qərar verdi və mənim namizədliyimi dəstəklədi. Artıq seçkilərdə iştirakımı rəsmi olaraq bəyan edirəm.
Niyə boykot etmədik? – sualına da cavab verdik. Boykot bizim üçün seçkilərin keçirilməsinə mane olmaq, seçki komissiyalarının işini iflic etmək və sonucda YAP-ın aprelin 11-də seçki keçirtməkdən imtina edərək, müxalifətlə danışıqlara başlaması anlamı deməkdir. Bunu edə bilmiriksə, bu, boykot yox, seçkidə iştirakdan imtinadır.
Bir azdan sessiyada çıxışımın tam hissəsi yayımlanacaq və seçkələrə nədən qoşuldiq sualının cavabını izləyə bilərsiniz”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub