Azərbaycanda 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurla icra olunur, Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Mynews.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
YAP rəsmisi bildirib ki, ölkədə işsizliyin və yoxsulluğun azalması, ciddi sosial proqramların icra olunması, infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sürətli inkişafına təkan verir.
O qeyd edib ki, demokratiyanın inkişafı, xarici siyasət, ordu quruculuğu, elm, mədəniyyət və digər sahələrdə ciddi uğurlar əldə olunub:
“Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli inkişaf edib, dövlətçilik ənənələri, demokratik təsisatları gücləndirilib, ölkənin beynəlxalq nüfuzu artıb, müdafiə qabiliyyəti ciddi şəkildə möhkəmləndirilib”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub