Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerikanın yunan liderləri Şurası (HALC) Birləşmiş Ştatların Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satışını əngəlləmək üçün birgə fəaliyyətə başlayıb.
Mynews.az xəbər verir ki, erməni və yunan lobbi təşkilatları birgə bəyanatla çıxış edərək ABŞ-ın Türkiyəyə ən müasir döyüş təyyarələrini satmaqdan çəkindirməyə çağırıb.
“Amerikanın ən müasir döyüş vahidlərinin elə bir ölkəyə düşüncəsizcəsinə satışına qarşı birgə mübarizəyə çağırırıq ki, həmin ölkə bu təyyarələri Amerika qoşunlarına və ya bizim regional müttəfiqlərimizə, o cümlədən Yunanıstana, Kiprə, İsrailə və Ermənistana qarşı tətbiq edə bilər”-Amerika Erməni Milli Komitəsinin saytında yerləşdirilmiş birgə bəyanatda deyilir.
![]()
Bəyanatda erməni və yunan təşkilatları ABŞ vətəndaşlarını öz dairələrindən senatorlara müraciət edərək onlardan F-35 qırıcılarının Türkiyəyə satılmasının qarşısını almağı xahiş etməyə çağırır.
Türkiyə ABŞ-ın “Lookhed Martin” hərbi sənaye korporasiyasından cəmi 100 ədəd F-35 qırıcısı sifariş verməyə hazırlaşır. Bu təyyarələrin istehsalına dair proqram 2002-ci ildə Türkiyənin də qoşulduğu 9 ölkədən ibarət konsorsium tərəfindən dəstəklənir. Türkiyə birincə mərhələdə 20 ədəd F-35 təyyarəsi sifariş verib. Daha 10 ədəd təyyarənin sifarişinə dair razılaşma əldə olunub. Müqaviləyə əsasən təyyarələrdən ikisi bu il ərzində Türkiyəyə təhvil veriləcək və Hərbi Hava Qüvvələrinin arsenalına daxil ediləcək. 2019-cu ildən etibarən isə təyyarələr ildə 4 ədəd olmaqla Türkiyəyə təhvil verilməlidir.
![]()
Ötən il “Lookhed Martin” şirkəti İsrailə bir neçə F-35 təyyarəsini çatdırıb. Bu təyyarələr radarlara yaxalanmır və yüksək döyüş qabiliyyətinə, manevr imkanlarına malikdir. Dördüncü nəsil təyyarələrə nisbətən havada döyüş gücü dörd dəfə, quruya zərbə endirmək imkanları 8 dəfə artıqdır.
Virtualaz.org
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub