Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.
Mynews.az-ın “Report”a istinadla xəbərinə görə, A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin toplantısıanda müzakirə olunub, bununla bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.
Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. "pretenziya" etməyin”.
Sonra söz deputat Əli Məsimliyə verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub