ATƏT Parlament Assambleyası 2018-ci il fevralın 22-23-də Vyanada keçiriləcək 17-ci qış sessiyasında "yalan xəbərlər", iqlim dəyişikliyi, miqrasiya, terrorizm və daha bir neçə məsələləri müzakirə edəcək.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, açılış sessiyasında ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri - İtaliyanın adından isə xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola çıxış edəcəklər.
Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit, eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.
Qış sessiyasına ATƏT-ə üzv olan 57 ölkədən 300-dək artıq parlamentari qatılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub