Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsovanın adının arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
Azərbaycan XİN-dən Mynews.az-a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi" layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
Məktubunda Mariya Nemtsova 2015-ci ildə "Sülh naminə musiqi" layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Mariya Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.
Mariya Nemtsova həmçinin, "Sülh naminə musiqi" layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Mariya Nemtsovanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, Rusiyanın məşhur pianoçularından biri olan Mariya Nemtsova bir sıra beynəlxalq müsabiqələrin qalibi, mükafatların sahibidir. "Sülh naminə musiqi" layihəsinin müəllifi olan pianoçu tanınmış saksafonçu Vitali Vatuley ilə birlikdə dünyanın problemli, münaqişəli, qaynar nöqtələrində konsertlər və ustad dərsləri verir.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub