Ermənistanda Serj Sərkisyanın Moskva səfəri geniş müzakirə olunur.
Missiya.az xəbər verir ki, ölkənin əksər mətbuat orqaları və analitikləri Sərkisyanın Moskvada Avropa səfəri ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə hesabat verəcəyini qeyd edirlər.
Ermənistanın "1in.am" saytında dərc edilən məqalədə vurğulanır ki, Sərkisyanın Avropa Birliyi nümayəndələri ilə Assosiasiya müqaviləsi barədə müzakirələr aparması Putinin xoşuna gəlməyib. Ona görə də Ermənistan prezidenti Putinin fikirini öyrənmək üçün Moskvaya gedəcək.
Yazıda 2013-cü ildə Avropa Birliyi ilə Ermənistan arasında belə bir sənədin gündəmə gəldiyi vurğulanır. Amma həmin vaxt da Sərkisyan Avropa səfərindən sonra Moskvaya getmişdi. Səfərdən sonra Sərkisyan Avropa ilə bağlanacaq müqaviləni unutmuş və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqı ilə əməkdaşlıq edəcəyini elan etmişdi. Amma yenə də Ermənistan rəhbəri yolunu azıb və Avropaya üz tutub. Yəqin ki, bu səfərdən sonra da Sərkisyan Putinə sadiqliyini nümayiş etdirəcək və Avropa rəsmiləri ilə planlaşdırdığı razılaşmanı unudacaq. Çünki Ermənistan artıq bir neçə ildir Rusiyaya tamamilə təslim olub.
Rəsmi İrəvan faktiki olaraq Moskvanın rəhbərlik etdiyi Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Elə bu səbəbdən Ermənistan müstəqil dövlət olsa da, onun barəsində strateji qərarları Rusiya verir. Bu nüansı ermənilər özləri də etiraf edirlər.
Ona görə də Ermənistan-Avropa Birliyi əlaqələri Rusiya-Avropa əlaqələrindən aslıdır. İndi Sərkisyan iki od arasında qalıb. Ermənistan prezidenti ölkəsini çətin iqtisadi durumdan qurtarmaq üçün "yağlı qapı" axtarır. Hazırda Ermənistanın köhnə dostu Rusiya iqtisadi cəhətdən çətin dövr yaşayır. Bu səbəbdən Sarkisyanı iqtisadi cəhətdən güclü və rəsmi İrəvana böyük güzəştlər etməyə qadir olan Avropa Birliyi ölkələri cəlb edir. Amma Sərkisyan Putindən qorxuduğu üçün ölkəsinin maraqlarını güdaza verir.
Ermənistan iqtisadi cəhətdən güclü olmadığı üçün öz pulu ilə silah ala bilmir. Sarkisyan başa düşür ki, Putinlə münasibətləri pozulsa, silahsız qalacaq və Rusiyadan pulsuz silah ala bilməyəcək. Sərkisyan Rusiyanın silahları olmasa, Qarabağda hərbi mövcudluğunu itirəcək. İqtisadi cəhətdən güclü olan Avropa ölkələri isə Qarabağ münaqişəsinin tərəflərinə silah satmır. Ona görə də Sarkisyan Putin qarşısında diz çökməyə məhkumdur.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub