Seçici siyahılarının dürüstlüyü daim diqqət mərkəzindədir.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən müşavirədə Azərbaycan prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev deyib.
Z.Nağdəliyev qeyd edib ki, səsvermə günü üçün 1000 məntəqədə veb-kameraların quraşdırılması mühüm məsələdir:
“Seçki bitdikdən sonra nöqsanlar olubsa, növbəti seçkidə bu cür nöqsanlara yol verilməməyə çalışılır. Seçkilərin yüksək səviyyədə keçirilməsində hər bir kəsin zəhməti var.
Vəzifəmiz ondan ibarətdir ki, seçkilər şəffaf keçirilsin, qanun pozuntusuna yol verilməsin. Hamımızı məsuliyyətli, gərgin proses gözləyir”.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub