Müdafiə xərclərinin artırılması yenidən ABŞ ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacaq. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.
Məlumata görə, Tramp inşası 13 mlrd. dollara başa gələn, donanmanın istifadəsinə verilməsi gözlənilən “Gerald Ford” aviadaşıyıcı gəminin göyərtəsində çıxış edib.
Prezident dənizçilərə Konqresdən müdafiə xərclərinin 54 mlrd. dollar artırılmasını xahiş etdiyini bildirib. Tramp qeyd edib ki, müdafiə xərclərini artırmaqla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu yolla ordu ən yaxşı texnika ilə təchiz ediləcək.
Powered by Greatads“Biz müharibənin qarşısını almaq, lazım gəldikdə isə, müharibə aparmaq üçün sizi bütün lazımi vasitələrlə təmin edəcəyik. Biz bu vasitələri sizə bir məqsəd üçün verəcəyik – zəfər çalmaq üçün! Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik”, - deyə Tramp qeyd edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub