Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri başlayıb.
Mynews.az-ın xəbərinə görə, bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib.
İki gün davam edəcək səfər çərçivəsində T. Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşü nəzərdə tutulub.
Qeyd edək ki, T. Klaar ötən il noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub