Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək.
Mynews.az bildirir ki, Milli Məclisdən verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.
Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub.
Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq. Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.
Səfər fevralın 25-də başa çatacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub