Sarkisyanlar da, havadarları da anlayacaqlar ki, biz torpaqlarımızın “hay” tapdağı altında qalması ilə barışmırıq, barışmayacağıq.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
“Münhen Təhlükəsizlik Konfransında çıxış edərək göyərçin kimi görünməyə çalışan Serj Sarkisyan ona keçmişdəki quzğunluğu ilə bağlı çoxlu faktların yer aldığı sual yönəldən gənc diplomatımız Sədi Cəfərova yaxanlaşıb azərbaycanca “haralısan” soruşub”, - deyən millət vəkilinin sözlərinə görə, bu haqda yazıların hamısında diqqət “forpostbaşı”nın azərbaycanca sual verməsinə yönəldilib:
“Amma diqqət yönəldilməli onun azərbaycanca sual verməsi yox, “haralısan” soruşmasıdır. Əmin ola bilərsiniz ki, Sədi Cəfərov Qarabağdan olduğunu deməsəydi, Sarkisyan susmayacaq, məkirli nəsə söyləyəcəkdi.
Ona görə də sarkisyanların bu qəbildən suallarına özünün və ata-anasının harada doğulub- böyüməsindən asılı olmayaraq, hər bir azərbaycanlının verdiyi cavab belə olmalıdır:
Qarabağlıyam, Qarabağlayam! Məhz bu zaman sarkisyanlar da, havadarları da anlayacaqlar ki, biz torpaqlarımızın “hay” tapdağı altında qalması ilə barışmırıq, barışmayacağıq, son qarışınadək qaytaracağıq!”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub