Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdə keçirilən görüşlərdə müxtəlif mövzularda söhbətlər aparılaraq şəxsi heyət üçün musiqili proqramlar təqdim olunub və vətənpərvərlik filmləri nümayiş etdirilib. Tədbirlər zamanı ASAN Xidmətin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin hərbi qulluqçulara yazdıqları məktublar oxunub və hərbçilər tərəfindən cavablandırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub