Şəxsi nümayəndə qrupunun genişləndirilməsini təmas xəttində gərginliyin azalması və sabitliyin artırılmasına xidmət göstərəcək etibarın möhkəmləndirilməsi kimi qiymətləndirmək olar. Mən ön cəbhədə gərginliyin və itki sayının azalmasına təsir göstərən istənilən ölçüləri dəstəkləyirəm .
Mynews.az xəbər verir ki, bu bəyanatı ATƏT- sədrinin şəxsi nümayəndəsi Anjek Kaspşik səsləndirib.
O bildirib ki, geniş qrupun tərkibinə bir sıra beynəlxalq əməkdaşlar daxil ediləcək. Əlavə əməkdaşlar, indiki köməkçilər kimi eyni tapşırıqları yerinə yetirəcək.
Keçirilən monitorinqlərin tezliyinin artırılıb-artırılmayacağı sualına cavabında A.Kaspşik əlavə personalın olmasının şəxsi nümayəndənin ofisi tərəfindən monitorinqlərin keçirilmə tezliyinin artırılması potensialı yaradacağını bildirib.
A.Kaspşik xatırladıb ki, ATƏT sədri şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipi Ermənistan və Azərbaycan prezidentləri tərəfindən 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə razılaşdırılıb.
“Mən prezidentlərin bu qərarını alqışlayıram, bu təşəbbüsün konstruktiv məcrada irəliləməsi üçün ATƏT rəhbərliyi, həmsədrlər və münaqişə tərəfləri ilə daima əlaqə saxlayıram”- deyə Kaspşik bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub