Sumqayıt hadisələrində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryanın Rusiyada olması barədə məlumatlar var.
Mynews.az-ın məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
O bildirib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçısı olmuş E.Qriqoryanın Rusiyada olması barədə məlumatlar var: "Bununla bağlı müvafiq olaraq müraciət etmişik, lakin hələlik bir nəticə yoxdur".
Qeyd edək ki, 09.02.2015-ci il tarixdə E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub