Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib.
Mynews.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O xatırladıb ki, bu proses 1993-cü ildən belədir:
“Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.
Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.
Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. O xatırladıb ki, parlamentin komitə sədri Əli Hüseynliyə cinayət qanunvericiliyə ilə bağlı müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub