Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb.
Mynews.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər:
Onun sözlərinə görə, bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər:
“Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub