"Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetlərdir". Mynews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, Azərbaycan ölkədə təhsil və səhiyyənin inkişafına böyük diqqət yetirir. O, Azərbaycanın qadınlara səs vermək hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladıb. "Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Ölkədə müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar", - E.Məmmədyarov bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub