Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.
Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub