"Uzun sürən sükutdan sonra Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, guya fevralın 28-də mühəndis işləri aparılarkən partladıcının detonasiya etməsi nəticəsində hərbi qulluqçularının yaralanması və onların Yerevandakı hərbi hospitala yerləşdirilməsi barədə qısa, heç bir rəqəm açıqlamadan bəsit məlumat yayıb".
Mynews.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, cəbhədəki real vəziyyətdən tamamilə uzaq, bu cür qeyri-obyektiv xəbərlər verməklə Ermənistanın hərbi qurumu ictimaiyyətin qəzəbindən yaxasını qurtarmağa cəhd göstərir.
Məlumata görə, fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır.