Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasın təşəbbüsü ilə Azərbaycan və Türkiyə skautlarından ibarət qrup cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 150 nəfərədək skautdan ibarət nümayəndə heyəti hərbi hissədə xidmət və məişət şəraiti ilə tanış olub, əsgərlərlə söhbət apararaq onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Gənc skautların Azərbaycan əsgərinə ünvanladıqları məktublar da şəxsi heyətə çatdırılıb.
Hərbi hissəyə səfər çərçivəsində ərazidə ağaclar əkilib və qonaqlar əsgərlərlə birgə nahar ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub