Makedoniya prezidenti George İvanov mart ayında Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mynews.az-a verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir.
G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Albaniya Respublikasının prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcək.
Forumun işində ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla, 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.
Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub